19 
Avq
2022
17:56
1727

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında, Debeda çayı üzərində yeni avtomobil körpüsü istifadəyə verilib

Gürcüstan və Ermənistan Respublikası dövlət sərhədinin Sadaxlı- Baqrataşeni sərhəd-keçid məntəqəsində, Debeda çayı üzərində, yeni Dostluq körpüsünün tikintisi başa çatıb və körpü artıq iki ölkə vətəndaşlarına və onun qonaqlarına xidmət göstərir.

InterPress.ge xəbər verir ki, yeni avtomobil körpüsünün rəsmi açılış mərasimində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.

Sərhəd keçid məntəqəsində yeni körpü Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə Gürcüstan və Ermənistan tərəfindən birgə inşa edilib. Avropa Yenidənqurma və İnkişaf Bankı körpünün tikintisi üçün iki ölkəyə 7,4 milyon avroya qədər vəsait ayırıb.

Gürcüstan tərəfdən tikintiyə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti rəhbərlik edib.
Rəsmi məlumata görə, birgə körpünün tikintisi regionda unikal layihədir. Körpünün bir hissəsinin Gürcüstan, digər hissəsinin isə Ermənistan ərazisində yerləşdiyini nəzərə alaraq, iki dövlət körpünün tikintisi layihəsini birgə həyata keçirib. AYİB-in maliyyələşdirməsi də iki ölkə arasında bərabər şəkildə bölüşdürülüb.

Yeni körpü 4 zolaqlı, 160 metr uzunluğunda, hər iki tərəfdən 2,4 metr enində piyada səkiləri olan körpüdür.

Yeni, müasir standart və parametrlərdən ibarət körpü həm iki ölkə vətəndaşları, həm də ölkəyə gələn qonaqlar, eləcə də tranzit nəqliyyat vasitələri üçün yol təhlükəsizliyinin keyfiyyətini yüksəldəcək.

Sadaxlı-Baqrataşeni keçid məntəqəsindəki köhnə körpü 1960-cı illərdə tikilib, dar və amortizasiyalı olub. Köhnə körpü ilə müqayisədə yeni körpünün ötürmə qabiliyyəti iki dəfə artacaq ki, bu da səmərəli sərhəd və gömrük xidmətləri şəraitində iki qonşu ölkə arasında həm yük daşımalarını, həm də turist axınını əhəmiyyətli dərəcədə artıracaq və gələcək inkişafa töhfə verəcək. 

Yeni körpü layihəsində beynəlxalq tikinti və nəzarət şirkətləri iştirak edib. Körpünün tikintisini İran şirkəti - Tunnel Sadd Ariana, tikintisini isə Koreyanın beynəlxalq şirkəti - Soosung Engineering Co., Ltd BM və Korea Consultants International Co şirkəti həyata keçirib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər