Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bir neçə həftə əvvəl vəzifəsini tərk edib.
InterPress.ge xəbər verir ki, Qamğrelidze istefasının səbəbini açıqlamayıb.
Qamğrelidzenin vəzifəsindən getdikdən sonra planları nədir? - Onun siyasətə qatılmaq ambisiyaları varmı?
Qamğrelidzenin qeyd etdiyinə görə, onun siyasətə qoşulması artıq gecdir.
"Mən əslində siyasətə qarışmaq fikrində deyiləm. Mənim başqa planlarım var”, – Qamğrelidze deyib.
Xatırladaq ki, Amiran Qamğrelidze 2013-cü ildən Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri idi. O, bu il avqustun 5-də vəzifəsini tərk edib.
