Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi

602
Gürcüstanın Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verdi
Dinləmək üçün basın

“Türkiyədə baş vermiş dəhşətli qəza nəticəsində ölənlər haqqında məlumatlara görə çox təəssüflənirik”.

“Türkiyədə baş vermiş dəhşətli qəza nəticəsində ölənlər haqqında məlumatlara görə çox təəssüflənirik”.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc olunmuş bəyanatda qeyd olunub.

“Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik. Gürcüstan bu kədərli vaxtda sizin yanınızdadır”, - deyə başsağlığında qeyd olunub.

Xatırladaq ki, bu gün Türkiyənin Qaziantep əyalətində Qaziantep-Nizip yolunda sərnişin avtobusu, təcili yardım maşını, yanğınsöndürən maşını və jurnalist maşını toqquşub, nəticədə 16 nəfər ölüb, 21 nəfər yaralanıb.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →