Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisi meri: "Ölkədə hakimiyyət dəyişikliyi yalnız və yalnız seçkilər yolu ilə baş verəcək"

380
Tbilisi meri: "Ölkədə hakimiyyət dəyişikliyi yalnız və yalnız seçkilər yolu ilə baş verəcək"
Dinləmək üçün basın

Ölkədə hakimiyyət dəyişikliyi yalnız və yalnız seçkilər yolu ilə baş verəcək - kiminsə çevriliş təşkil edib harasa qaçması ilə bağlı digər arzular məğlubiyyətə məhkumdur.

Ölkədə hakimiyyət dəyişikliyi yalnız və yalnız seçkilər yolu ilə baş verəcək - kiminsə çevriliş təşkil edib harasa qaçması ilə bağlı digər arzular məğlubiyyətə  məhkumdur.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərin suallarına cavabında bildirib.

Onun sözlərinə görə, ölkədə iğtişaşlar yaratmaq Milli Hərəkatın istəyidir və bu barədə birbaşa bəyanatlar verirlər.

"Hər kəsə aydındır ki, Milli Hərəkat ölkədə iğtişaşlar və inqilab yaratmaq arzusunda olan bir qrupdur. Bu mənim ixtiram deyil. Bu, onların birbaşa bəyanatları, televiziya hekayələridir, lakin heç kim ölkəyə xaos gətirməyə müvəffəq olmayıb. Biz ölkədə sülh üçün hər şeyi edəcəyik. Bu ölkədə hakimiyyət dəyişikliyi bütün normal, inkişaf etmiş ölkələrdə olduğu kimi ancaq və ancaq seçki yolu ilə baş verəcək. Kiminsə çevriliş təşkil edib harasa qaçması ilə bağlı digər arzular məglubiyyətə məhkumdur”, - deyə Kaxa Kaladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →