26 
Avq
2022
19:38
431

Kobuletidə avtomobil qəzası baş verdi- Yaralılar arasında azyaşlılar da var

Kobuletidə baş verən yol qəzası nəticəsində ikisi uşaq olmaqla 9 nəfər xəsarət alıb.

InterPress.ge xəbər verir ki, hadisə Batumi-Kobuleti dolama yolunda, Kintriş çayının yaxınlığında baş verib.

Məlumata görə, bir neçə avtomobil bir-biri ilə toqquşub.

Müvafiq xidmətlər əraziyə səfərbər olunub.

Təcili tibbi yardım mərkəzindən verilən məlumata görə, yaralılar Kobuletidəki iki klinikaya yerləşdirilib.

Onların məlumatına görə, yaralıların səthi xəsarətləri var.

Bizimlə əlaqə saxlayın