Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan Prezidenti Mehriban Əliyevaya məktub yazdı

583
Gürcüstan Prezidenti Mehriban Əliyevaya məktub yazdı
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Prezidenti Gürcüstan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfəsinə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. 
Məktubda deyilir:

“Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır. Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız. Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız.

Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →