InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Marneuli televiziyası yayıb.
Məlumata görə, bu gün saat 16:00 radələrində Şaumyan yaxınlığında yanğın baş verib, alov Saral kəndi tərəfdən yayılaraq kol-kosa keçib.
Əhali təhlükə altında deyil. Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar.
Bələdiyyə rəhbərliyi ərazidədir.


