Batumidə süni ada layihəsinin icrasına başlanılır.
InterPress.ge xəbər verir ki, ən böyük investisiya layihəsi - "Ambassador Batumi Island" iki süni yarımadanın və ultra-müasir əyləncə tipli bir adanın yaradılmasını və onların üzərində infrastrukturun təşkilini əhatə edir.
Layihə çərçivəsində müasir standartlara cavab verən kommersiya, əyləncə, idman, təhsil, sağlamlıq-tibb, yaşayış və turizm-rekreasiya infrastrukturu tikiləcək. Layihə tamamilə özəl sərmayə hesabına həyata keçirilir. "Ambassador Group" layihənin birinci mərhələsini həyata keçirmək üçün 100 milyon dollar sərmayə qoyacaq. Tikinti zamanı 2000 nəfər işlə təmin olunacaq.
