26 
Iyn
2020
09:32
811

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Tbilisiyi ittiham etdi

Moskvanın açıqlamasına görə Tbilisi Koronavirus yayılması mövzusunu siyasiləşdirməyə çalışır.

InterPress.ge xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və Cenevrə diskussiyasının sədri ilə baş tutan videokonfransdan sonra açıqlayıb.

Onun bildirdiyinə görə, tərəflər pandemiya şəraitində regional stabillik və təhlükəsizlik sferasında aktual məsələləri nəzərdən keçiriblər.

"Yeni koronavorus pandemiyasının yayılması mövzusunun siyasiləşdirilməsinə cəhd göstərilir. Bu fonda Gürcüstan hökumətinin Suxumi və Çxinvali ilə, xüsusilə də sərhəddə davam edən problemlərin həlli danışıqlarının baş tutmamasından dolayı kədərlənməmək mümkün deyil ", - Zaxarova bildirib.

Bizimlə əlaqə saxlayın