Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin təşəbbüsü ilə 2022-2023-cü dərs ilindən ümumi təhsil müəssisələrində “Gürcüstan tarixi” müstəqil fənn kimi öyrəniləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Onların sözlərinə görə, bu məqsədlə bir qrup tarixçi Gürcüstan tarixinin standartını yenidən işləyib və yeni dərslik hazırlayıb.
“Nəticədə orta təhsil pilləsində gənclər Gürcüstanın qədim zamanlardan bu günə kimi tarixini davamlı, dərindən öyrənəcəklər”, - deyə qurumdan bildirilib.
Onların verdiyi məlumata görə, yeni dərs ilindən Mixeil Çxenkelinin qərarına əsasən, şagirdlər birinci sinifdə icbari fənn kimi şahmatı öyrənəcəklər.
