InterPress.ge xəbər verir ki, hadisə Şulaver kəndində qeydə alınıb.
Məlumata görə, Ford ilə Şkoda markalı polis avtomobili toqquşub.
Ford-un sürücüsünün sözlərinə görə, yolda hərəkət edərkən polis avtomobili onun qarşısına çıxıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupu cəlb olunub.
Qəza nəticəsində Ford-da olan üç nəfər yaralanıb. Yaralılar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.




