14 
Sen
2022
23:40
2765

Ermənistanda etiraz dalğası genişlənir - Minlərlə insan etiraz edir - VİDEO

Ermənistan Milli Assambleyasının binası yaxınlığında etiraz aksiyası davam edir . 

InterPress.ge yerli mətbuata istinadən xəbər verir ki, hazırda etirazçılar hansı addımların atılacağına qərar verirlər.

Etirazçılara keçmiş məmurlar və partiya liderləri də qoşulub. 

Bəziləri Ermənistanın baş naziri Nikol Paşinyanın indi ola biləcəyi hökumət binalarına getməyi təklif edir.

Etirazçılar “Nikol satqındır” şüarları səsləndirirlər.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində hökumət saatı çıxışı zamanı demişdi ki, İrəvan müəyyən sənəd imzalamaq niyyətindədir. Bundan sonra Paşinyan buna görə, çoxları tərəfindən hakimiyyətə qarşı söyüşlərin olacağını vurğulamışdı. Bu sözlər, vətəndaşlar arasında narazılıq dalğasına səbəb olub. Paytaxtda genişmiqyaslı etirazlar başlayıb.

Bizimlə əlaqə saxlayın