15 
Sen
2022
15:59
1018

“Paşinyanı xilas etməyin vaxtı deyil, indi vətəni xilas etməyin vaxtıdır” - Ermənistan parlamentində səs-küy

İrəvanda vəziyyət hələ də gərgindir.

InterPress.ge xəbər verir ki, Ermənistan parlamentində səhər saatlarında səs-küy və qarşıdurma baş verib.

Hərbi əməliyyatlardan sonra Azərbaycan ordusunun Dağlıq-Qarabağda mövqelərini daha da gücləndirməsindən sonra müxalifət Nikol Paşinyanın istefasını tələb edir.

Paralel olaraq, İrəvanın mərkəzində Ermənistanın baş nazirinin istefası tələbi ilə nümayiş keçirilir.  Ermənistan tərəfi  öz dövlət sərhədləri daxilində də hərbi müdaxilədən danışır.

Hazırda münaqişə bölgəsində atəşkəs elan edilib.

Azərbaycan tərəfi az əvvəl hərbi əməliyyatlar nəticəsində şəhid düşən əsgərlərin siyasını açıqlayıb.

Bundan əvvəl yayılan məlumatlara görə, hərbi əməliyyatlar nəticəsində 300-dən çox erməni hərbiçisi ölüb. 

Bu gün İrəvanda Kollektiv Müdafiə Müqaviləsinin xüsusi missiyası gözlənilir. Ərdoğan, Əliyev və Putin Səmərqənddə sammit formatında görüşəcəklər.

Ərdoğan-Putin görüşü sabah, sentyabrın 16-da keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın