27 
Iyn
2020
12:48
848

Almaniyanın Gürcüstandakı səfiri Uqulava, Okruaşvili və Rurua haqda gözlənilməz açıqlama verdi

"Biraz təəccüblənirəm ki, siyasi partiyalar konstitusiya dəyişikliklərinin pozulması üçün bir-birlərinə ittihamlar irəli sürürlər".

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş İPN-ə müsahibəsində deyib.

Onun qeyd etdiyinə görə, 29 iyun tarixində baş tutacaq parlamentin növbədənkənar iclasında konstitusiya dəyişikliyi paketini üçüncü dinləmədə hamı dəstəkləyəcək.

“Bazarertəsi qərar günüdür. Ümid edirəm ki, 8 mart razılaşmasına hamı səs verəcək və dəstəkləyəcək Cənab Rurua razılaşmada qeyd edilmir. Bunu hamı oxuya bilər. Biraz təəccüblənirəm ki, siyasi partiyalar konstitusiya dəyişikliklərinin pozulması üçün bir- birlərinə ittihamlar irəli sürürlər", deyə səfir bildirib.

Knirşin qeyd etdiyinə görə, Uqulava, Okruaşvili və Rurua rəsmi olaraq razılaşmada qeyd edilməyib lakin danışıqlar zamanı onların soyadları bir neçə dəfə səsləndi.

“Fasilitatorlar və diplomatlar bütün siyasi partiyalara qarşı öz hörmətimizi göstərnək istəyirdik. Lakin onlarla münaqişələrə girmək istəmirik. Gürcü xalqı qərar qəbul etməlidir. Biri bəli digəri xeyir deyirsə bu razılaşmadır yoxsa razılaşmamaq?”, - dediHibert Knirş.

Bizimlə əlaqə saxlayın