Kutaisi-Samtredia yolunda avtomobil qəzasında həlak olanların kim olduqları açıqlanıb.
InterPress.ge xəbər verir ki, qəza nəticəsində ölənlər Mukedi kəndinin keşişi Aleksi Roxvadze və onun 8 yaşlı övladıdır.
Qoşqu və avtomobil bir-biri ilə toqquşub.
Toqquşma nəticəsində avtomobildə olan 4 nəfərdən ikisi yerindəcə dünyasını dəyişib. Daha bir yeniyetmə və qoşqunun sürücüsü klinikaya aparılıb.
Hadisə yerinə patrul polisi səfərbər edilib. Hadisə ilə bağlı 276-cı maddə ilə araşdırma başlanılıb.
