23 
Sen
2022
16:08
199

Marneuli meriyası ilə Avropa Şurası arasında memorandum imzalanıb

Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov və Avropa Şurasının Gürcüstan ofisinin rəhbərinin müavini Stefan Sirbu Marneuli Bələdiyyəsi ilə Avropa Şurası arasında əməkdaşlıq memorandumu imzalayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.

“Gürcüstanda yerli səviyyədə iştirakçı demokratiyanın və insan hüquqlarının gücləndirilməsi” Avropa Şurasının layihəsidir və bu layihə çərçivəsində Marneuli bələdiyyəsi ilə əməkdaşlıq həyata keçiriləcək.

“Qeyd edək ki, layihə Avropa Şurasının 2020-2023-cü illər üzrə fəaliyyət planı çərçivəsində, Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir, məqsədi yerli səviyyədə mühüm məsələlərin müzakirəsi və vətəndaşların qərarların qəbulu prosesində iştirakının artırılmasıdır. Marneuli bələdiyyəsinin meri ilə yanaşı, müsabiqə çərçivəsində seçilmiş hədəf bələdiyyələrin 15 meri Avropa Şurası ilə əməkdaşlıq memorandumu imzalayıblar”, - deyə dərc olunan məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın