23 
Sen
2022
23:55
444

Gürcüstanın Texniki Universitetinin rektoru Azərbaycanın Gürcüstandakı Səfiri ilə görüşüb

Gürcüstan Texniki Universitetinin rektoru, professor Davit Qurqenidze Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev ilə görüşüb. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Texniki Universiteti məlumat yayıb.

GTU-dan verilən məlumata görə, Gürcüstan Texniki Universitetinin rektoru və Azərbaycan Respublikasının Gürcüstandakı səfiri iki ölkənin təhsil və elm məkanında gedən prosesləri nəzərdən keçirib, həmçinin GTU ilə Azərbaycanın aparıcı universitetləri arasında əməkdaşlığın dərinləşdirilməsindən danışıblar.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevin sözlərinə görə, azərbaycanlı gənclərin Gürcüstanın Texniki Universitetində təhsillərini davam etdirməyə marağı ildən-ilə artır və bu, iki ölkə arasında dostluğu xeyli möhkəmləndirəcək.

"Gürcüstan Texniki Universiteti Azərbaycan gənclərinin böyük maraq göstərdiyi təhsil mərkəzidir. Bizim üçün ən vacibi odur ki, gələcək nəsil istər mühəndislik, texnologiya, istərsə də digər istiqamətlər üzrə yüksək ixtisaslı ali təhsil alsın. Əminliklə deyə bilərəm ki, Gürcüstan Texniki Universiteti o ali təhsil ocağıdır ki, burada gənclər peşəkar olurlar. Bu illər ərzində Gürcüstan Texniki Universiteti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələri, sizin universitetiniz və Azərbaycan xalqı arasında yaranmış səmərəli əməkdaşlıq və dostluqdan şadam. Rektor cənab Davit Qurqenidzenin fövqəladə planları var ki, onların həyata keçirilməsində Azərbaycan Respublikasının Səfirliyi və ölkəmizin Nazirliyi imkan daxilində az da olsa töhfə verəcək. Gürcüstan Texniki Universitetinə, onun rektoruna, rəhbərliyinə, hər bir fakültənin rəhbərliyinə etnik azərbaycanlı tələbələrə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm", - deyə Faiq Quliyev bildirib.

Gürcüstan Texniki Universitetinin rektoru, professor Davit Qurqenidzenin qeyd etdiyinə görə, universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq, burada GTU-nun tələbələri, professorları və əməkdaşları Azərbaycan mədəniyyətini daha yaxından tanımaq imkanı əldə edəcəklər. 

"Gürcüstanın akkreditə olunmuş ali təhsil müəssisələri arasında texniki universitet müxtəlif ixtisaslar üzrə təhsil alan ən çox azərbaycanlı tələbəyə malikdir. Tələbələr arasında Azərbaycan vətəndaşları da az deyil. Gürcüstan hökumətinin, şəxsən baş nazir İrakli Ğaribaşvilinin və Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin dəstəyi ilə yaxın gələcəkdə universitetimizin azərbaycanlı həmkarları ilə elmi əməkdaşlığı daha da çoxşaxəli olacaq. Bu məsələdə təbii ki, biz Azərbaycanın Gürcüstandakı səfirliyinin və şəxsən səfir Faiq Quliyevin dəstəyinə arxalanırıq. Gürcüstanın Texniki Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması iki ölkənin tələbələri arasında əlaqəni xeyli dərinləşdirəcək. Texniki Universitet ilə Azərbaycanın Gürcüstandakı səfirliyi arasında əməkdaşlıq uzun illərdir və təsadüfi deyildi ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi Azərbaycanın müstəqilliyinin 104-cü ildönümünü universitetimizdə qeyd etdi. Ölkələrimizin rifahı naminə səfirə uğurlar arzulayıram”, - deyə Gtu Universitetinin rektoru Davit Qurqenidze bildirib.

Görüşün sonunda Gürcüstan Texniki Universitetinin rektoru, professor Davit Qurqenidze Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyevi universitetin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə fəxri doktor kimi dəvət etdi.

Bizimlə əlaqə saxlayın