24 
Sen
2022
10:40
322

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 21 703 ədəd dərslik göndərib - FOTO

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə 18 adda 21 703 ədəd dərslik göndərib. 

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

"Vəsaitlərə I-XI siniflər üçün "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri daxildir. 

Dərs vəsaitləri bu gün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gürcüstandakı Səfirliyinin məsul əməkdaşlarının iştirakı ilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Dərsliklərin azərbaycandilli məktəblərə paylanılması prosesinə yaxın günlərdə start veriləcək. Proses Gürcüstanın Təhsil və Elm Nazirliyinin xətti ilə regional təhsil resurs mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu günədək Gürcüstana çatdırılan dərslik və metodik vəsaitlərin sayı 650 minə yaxındır", - deyə səfirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər