26 
Sen
2022
12:47
319

Qiorqi Mumladze onun Nika Melianın ofisinə basqın etməsini əks etdirən videogörüntülərin yayılmasını tələb edir

“Gürcüstan Naminə Hərəkat"ının üzvü Qiorqi Mumladze onun Nika Melianın ofisinə basqın etməsini əks etdirən videogörüntülərin yayılmasını tələb edir.

InterPress.ge xəbər verir ki, Mumladze VMH-ın sosial şəbəkədə yaydığı bəyanatına cavab verib.

“Hər şey təsdiqlənib! Nika Melianın otağına basqın etməyim və baş verən hadisələrlə bağlı partiya videogörüntüləri ictimaiyyətə çatdırsın ki, hər şey ictimaiyyət üçün daha açıq və aydın olsun”, - Mumladze yazıb.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın bəyanatına görə, partiyanın sədri Nika Melia ilə “Gürcüstan Naminə Hərəkat”ın üzvü Qiorqi Mumladze arasında qarşıdurma olub.

Xüsusən də partiyadan verilən məlumata görə, Qiorqi Mumladze və onu müşayiət edən şəxslər Melianın ofisinə soxularaq “təhqiredici, küçə terminologiyasından istifadə edərək təxribat yaratmağa cəhd ediblər” və bunun qarşısı partiya üzvləri tərəfindən alınıb.

Bizimlə əlaqə saxlayın