Gürcüstanın Baş naziri Aleksandr Lukaşenkonun Abxaziyaya səfər etməsinə münasibət bildirdi
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini "qətiyyətlə pisləyir".
InterPress.ge xəbər verir ki, bu barədə o, şəxsi Twitter səhifəsində yazıb.
"Mən Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə "səfər" etməsini və onun Rusiya işğalçı rejimi ilə görüşlərini qətiyyətlə pisləyirəm. Bu addım Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunu pozur və beynəlxalq hüquqa, eləcə də ölkələrimiz arasında ikitərəfli münasibətlərə ziddir", - Ğaribaşvili yazıb.
Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya səfər edib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.


