Qripə qarşı peyvənd vurdurmaq istəyənlərin nəzərinə
Milli Xəstəliklərə Nəzarət Mərkəzi qripə qarşı peyvəndin mövcud olduğu tibb müəssisələrinin siyahısını dərc edib.
InterPress.ge xəbər verir ki, müəssisələrin siyahısını bu linkdən öyrənə bilərsiniz: https://bit.ly/3dM4tqc
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri vəzifəsini icra edən Tamar Qabunianın verdiyi məlumata görə, dövlət immunizasiya proqramı çərçivəsində həm paytaxtda, həm də regionlarda qripə qarşı peyvənd vurdurmaq mümkündür.
Tamar Qabunia onu da bildirib ki, peyvənd vurduracaq şəxsin ailə həkiminin yanına getməsi daha yaxşı olar, çünki onun sağlamlıq vəziyyətini öz ailə həkimi daha yaxşı bilir. Əgər ora gedə bilmirlərsə, onda özləri ilə Forma 100 aparmalıdırlar.
Qabunianın izah etdiyinə görə, ölkə üzrə qripə qarşı peyvənd prosesində 400-ə yaxın tibb müəssisəsi iştirak edir.
Məlumat üçün bildirək ki, ölkə üzrə mövsümi qrip peyvəndi sentyabrın 21-dən başlayıb. Dövlət immunizasiya proqramı çərçivəsində Gürcüstan artıq ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan 200 min doza Sanofi Pasteur dördkomponentli vaksini alıb.
Xəstəliyin ağırlaşma riski yüksək olan risk qruplarına qrip virusuna qarşı peyvənd ödənişsiz aparılacaq. Xidməti əldə etmək üçün onlar öz statuslarını təsdiq edən sənədləri aparmalıdırlar.


