"Belarus prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı Tbilisinin reaksiyası Suxumini narahat etmir".
InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba məlumat verib.
Onun sözlərinə görə, “Abxaziya Respublikası müstəqil dövlətdir, beynəlxalq hüququn subyektidir və geosiyasi reallıqdır”.
"Biz Belarusu xarici siyasətimizin mühüm istiqaməti hesab edirik. Onlar bizim dostlarımızdır. Gürcüstan kimi üçüncü ölkələrin bu səfərlə bağlı reaksiyasından narahat deyilik", - Ardzinba bildirib.
.jpeg)