Marneulidə müəllim şagirdlər dərsi oxumadığı üçün belə cəzalandırdı
Marneulinin Qırxılı kəndində azyaşlı şagirdləri müəllim diz üstə qoyaraq cəzalandırıb.
InterPress.ge xəbər verir ki, mövcud məlumatlara görə, gürcü dili müəllimi Rəhman Musayev 4-cü sinifdə oxuyan uşaqları yaxşı oxumadıqları üçün diz çökdürüb.
Əldə edilən məlumata görə, müəllim diz çökmüş uşaqların şəklini çəkərək valideynlərinə göndərib.
Məlumat görə, gürcü dili müəllimi kimi fəaliyyət göstərən R. Musayev eyni zamanda hakim "Gürcü Arzusu" partiyasının və Marneuli Şəhər Şurasının üzvüdür.
Həmçinin sözü gedən müəllim Qırxılı orta kənd məktəbinin direktorun qardaşının oğludur.
Məsələ ilə bağlı Marneuli resurs mərkəzin müvəqqəti icraçı direktoru Xanəli Qəhramanov Aktual.ge-yə müsahibəsində məlumatı təsdiqləyib.


