03 
Okt
2022
17:18
334

Parlament sədri müxalifətə səsləndi: "Qaydaların tərəfində dur, qaydalar da sənin tərəfində dursun"

Prosesi vurursan və indi istəyirsən ki, parlamentin qaydaları sənin tərəfində dursun - qaydaların tərəfində dur, qaydalar da sənin tərəfində dursun!.

InterPress.ge xəbər verir ki,  Parlamentin sədri Şalva Papuaşvili Büronun iclasında bu bəyanatla müxalifətə müraciət edib.

Seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı müxalifətin hazırladığı layihə Parlament Bürosunun təşəbbüsü üçün təqdim edilib.

Aralarında Davit Usupaşvili və Xatiya Dekanoidzenin də olduğu təşəbbüskarlar layihəyə sürətləndirilmiş yenidən baxılmasını tələb ediblər. Onların əksəriyyəti müxalifətin "Seçki Məcəlləsi" ilə bağlı layihəsinə iqtidar qrupunun təqdim etdiyi qanun layihəsi ilə eyni vaxtda Parlamentdə baxılmasını təklif edib.

Layihənin təşəbbüskarlarının qeyd etdiklərinə görə, qanun layihəsinin məqsədi "Seçki Məcəlləsi"ndə normaların öz əksini tapmasıdır ki, onların yerinə yetirilməsi Aİ üzvlüyünə namizəd statusunun alınması üçün şərtdir və Aİ-nin tövsiyələrinə cavab verir. 

Müxalifətin tələbinə ilkin olaraq hüquq məsələləri komitəsinin sədri Anri Oxanaşvili etiraz edib. O, müxalifəti layihəni müzakirə etmək üçün öz növbəsini gözləməyə çağırıb. Oxanaşvilinin bu kontekstdə qeyd etdiyinə görə, müxalifət işçi qruplarını sabotaj etdi, proses reqlamentdən kənar həyata keçirildi və layihəyə daha əvvəl heç kimin görmədiyi sürətləndirilmiş şəkildə baxılması düzgün və ədalətli olmazdı.
Oxanaşvilinin mövqeyini Şalva Papuaşvili bölüşüb.

19 aprel müqaviləsinin Lelo tərəfindən yerinə yetirilməsinə dair heç nə deyilmir. “Lelo” 2021-ci ildəki seçki dəyişikliklərinə səs vermədi və partiyanızın sədri mandatı atıb parlamenti tərk etdi.

Siz Şarl Mişelin razılığından danışanda, seçki qanunvericiliyi ilə bağlı razılaşmanı dəstəkləməyəndə sözügedən razılaşmanı ilk pozan Lelo olub”, - Papuaşvili sözügedən məsələnin müzakirəsi zamanı Usupaşviliyə müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər