Mixail Saakaşvilinin son vəziyyəti açıqlandı
Deyə bilərəm ki, bu gün mənim prezident Saakaşvili üçün fiziki və nevroloji müayinə keçirmək imkanım olub.
InterPress.ge xəbər verir ki, bu barədə amerikalı ekspert Şahin Laxan bildirib.
"Yekun hesabatı dərc etməzdən əvvəl hələ də həmkarlarım, digər həkimlər və ekspertlərlə görüş keçirməliyəm",-dedi Laxan.
Ekspert jurnalistin Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı sualını cavablandırmaqdan yayınıb.
"Mən həkimlə xəstə arasındakı münasibətlərin məxfiliyinə hörmət etməliyəm. Hazırda onun səhhəti barədə danışa bilmərəm. Gəlin bütün araşdırmaların nəticələrini gözləyək", - deyə Laxan əlavə edib.
Ekspert qeyd edib ki, o, gələcəkdə də Saakaşviliyə səfər etməyi planlaşdırır və əlavə araşdırmalar mütləq aparılacaq.


