05 
Okt
2022
13:27
323

“112” tətbiqindən istifadə etməklə erkən/uşaqlıq nikahlarının qarşısının alınması istiqamətində görülən tədbirlər haqqında məlumatın hədəf auditoriyaya çatdırılması nəzərdə tutulur

Daxili İşlər Nazirliyinin “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinin direktoru Qiorqi Arsoşvili və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Türkiyə, Gürcüstan və Azərbaycan ofisinin direktoru Həsən Möhtəşəmi anlaşma memorandumu imzalayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, memorandumun imzalanmasında məqsəd Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) ilə “112” İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi arasında əməkdaşlığın dərinləşdirilməsi, xüsusən də əməkdaşlıq çərçivəsində “112” tətbiqindən istifadə etməklə erkən/uşaqlıq nikahlarının qarşısının alınması tədbirləri və mövcud xidmətlər, habelə müvafiq kampaniyanın həyata keçirilməsi barədə hədəf auditoriyaya məlumat verməkdir.

“Sözügedən təşəbbüs BMT-nin birgə proqramı - İsveç hökuməti tərəfindən dəstəklənən “Gender bərabərliyi” çərçivəsində həyata keçiriləcək.

Görüşdə Qiorqi Arsoşvili vurğulayıb ki, Daxili İşlər Nazirliyi üçün prioritet istiqamətlərdən biri erkən nikahlara qarşı mübarizədir və bu növ cinayətlərin aradan qaldırılması gənclərin sağlamlığının, rifahının və gender bərabərliyinin təmin olunmasına kömək edəcək.

Görüşün sonunda "112"-nin direktoru Daxili İşlər Nazirliyinə davamlı olaraq göstərdiyi dəstəyə görə Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna (UNFPA) təşəkkür edib", - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın