Şagirdlər arasında qarşıdurma yaşanıb
Batumidə məktəbin 12-ci sinif şagirdləri arasında baş verən fiziki qarşıdurma nəticəsində bir tələbə xəsarət alıb.
InterPress.ge xəbər verir ki, Batumi Resurs Mərkəzindən verilən məlumata görə, hadisə məktəbin yaxınlığında baş verib.
Gənclər arasında münaqişənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Mərkəzi məlumatına görə, yüngül xəsarət alan məktəbli klinikaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.
“Məktəbin ərazisindən kənarda, dərslərdən sonra mandatur 12-ci sinif şagirdləri arasında qarşıdurmanı görüb, hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Xəsarət və saxlanma ilə bağlı məlumat həqiqətə uyğun deyil. Hadisədə iştirak edən bir tələbə yüngül xəsarət alıb”, - resurs mərkəzindən bildiriblər.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə araşdırma aparılıb.


