Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Levan Bejaşvili: "Başa düşürük ki, Penitensiar Xidmətin Saakaşvilinin vəziyyətini yaxşılaşdırmamaqda siyasi marağı var"

428
Levan Bejaşvili: "Başa düşürük ki, Penitensiar Xidmətin Saakaşvilinin vəziyyətini yaxşılaşdırmamaqda siyasi marağı var"
Dinləmək üçün basın

"Saakaşvilinin səhhəti günü-gündən pisləşir və bunda ilk növbədə tibb işçiləri günahkardır – onlar etiraf etməlidirlər ki, bu gün Gürcüstanın tibb sistemi üçüncü prezidentin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasını…

"Saakaşvilinin səhhəti günü-gündən pisləşir və bunda ilk növbədə tibb işçiləri günahkardır – onlar etiraf etməlidirlər ki, bu gün Gürcüstanın tibb sistemi üçüncü prezidentin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasını təmin edə bilmir".

InterPress.ge xəbər verir ki, bunu “Milli Hərəkat”ın deputatı Levan Bejaşvili deyib.

Bejaşvilinin sözlərinə görə, onlar praktiki olaraq Təhlükəsizlik Xidmətinin və Penitensiar Xidmətin tapşırıqlarını yerinə yetirirlər.

“Biz başa düşürük ki, DTX və Penitensiar Xidmətin Saakaşvilinin vəziyyətini yaxşılaşdırmamaqda siyasi marağı var, amma mən təsəvvür edə bilmirəm ki, tibb işçilərini nə motivasiya edir, tibbi etika və peşə standartlarına xəyanət edirlər, onlar faktiki olaraq DTX və Penitensiar Xidmətin tapşırıqlarını yerinə yetirirlər. Mən onları peşəkar və etik standartlara uyğun hərəkət etməyə çağırıram, çünki biz faktiki olaraq Mixeil Saakaşvilinin səhhətinin getdikcə pisləşdiyini görürük. Təkcə həyati vacib parametrlər sağalmaq demək deyil və onlar etiraf etməlidirlər ki, bu gün Gürcüstanın tibb sistemi üçüncü prezidentin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasını təmin edə bilməz”, - Bejaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →