Rustavidə 7-ci mikrorayonda 20 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, gənc oğlan ehtiyatsızlıqdan binalardan birinin 7-ci mərtəbəsindən yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası səfərbər edilib, lakin həkimlər gənci ölü halda tapıblar.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.
