11 
Okt
2022
13:48
306

Tea Tsulukiani: "Nazirliyin komandası hər üç istiqamətdə vicdanla işləyir"

"İdmanın Mədəniyyət Nazirliyindən ayrılması qərarını hər hansı konkret nazir deyil, hökumət qəbul edir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukiani bildirib.

Tea Tsulukianinin qeyd etdiyinə görə, onun nazirliyinin komandası hər üç istiqamətdə vicdanla işləyir.

“Yalnız onu deyə bilərəm ki, istər mədəniyyət, istər idman, istərsə də gənclər istiqamətində mən, müavinlərim və nazirliyin bütün kollektivi vicdanla işləyir. Nazirlik hər bir idmançının, insanın,  gəncin yüksəlişinə sadiqdir.  Kimin xoşuna gəlmirsə, bu, nazirliyin deyil, onların problemidir”, - Tea Tsulukiani bildirib.

Bir neçə idman federasiyası Gürcüstanın baş nazirinə idman sahəsinin Mədəniyyət Nazirliyindən ayrılması üçün müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər