Türkiyə XİN rəhbəri Gürcüstana təşəkkür etdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarına Türkiyənin Bartını vilayətində kömür mədənində baş verən faciədə ifadə etdiyi dəstəyə görə təşəkkür edib.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri "Twitter” səhifəsində yazıb.
Mövlud Çavuşoğlu yazıb:
"Hörmətli İlya, rəğbətinizi və kədərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.
Qeyd edək ki, Xarici işlər naziri İliya Darçiaşvili rəsmi Tvitter səhifəsində Türkiyədə baş verən faciəyə münasibət bildirib.
"Türkiyənin Bartın vilayətindəki kömür mədənində baş vermiş ölümlə nəticələnən qəza məni çox kədərləndirdi. Kədərim bu faciə nəticəsində həlak olan və əziyyət çəkənlərlədir. Türkiyə hökumətinə və türk xalqına bu faciənin öhdəsindən gəlməkdə əzm diləyirəm”, - İliya Darçiaşvili yazıb.
Oktyabrın 14-də Bartini vilayətində yerləşən şaxtada partlayış baş verib. Axtarış-xilasetmə işlərində 150 nəfər iştirak edir.


