Lavrov: Qərb başa düşür ki, Rusiyasız problemlərin həlli mümkün deyil
“Rusiyanın bütün tərəfdaşları, o cümlədən sanksiya elan edən Qərb ölkələri dünyada problemlərin Rusiyasız həllinin çətin olduğunu və hətta mümkünsüz olduğunu qəbul edir, hər kəs Moskva ilə dialoqun tərəfdarıdır”.
İnterPress.ge TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rossiyskaya Gazeta" ya verdiyi müsahibəsində söyləyib.
Federasiyanın xarici siyasətinin prezident tərəfindən təyin olunduğunu vurğulayan nazir qeyd edib ki, 2000-ci ildən bəri qəbul edilən Rusiya Xarici Siyasət Konsepsiyasının bütün müdəalarında əks olunan bu kurs beynəlxalq aləmdə prinsipial yeni keyfiyyətlər qazanmağa və böyük bir güc olaraq dövlətin statusun bərpa etməyə imkan verib: “Mən hər şeyi öz adları ilə çağıracağam. Rusiya olmadan dünyadakı problemləri həll etmək çətindir. Hər kəs bizimlə dialoqun tərəfdarıdır”.