“Yeni ombudsman seçilməsə, Milli Hərəkat yenə də ofisə tam nəzarət edəcək" - İrakli Kobaxidze
“Milli Hərəkat”ın Xalq Müdafiəçisi vəzifəsinə hər hansı namizədi dəstəkləməkdə subyektiv marağı yoxdur".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Kobaxidzenin bildirdiyinə görə, hakim komanda Xalq Müdafiəçisi namizədi ilə bağlı müxalifətlə mövqeyin uzlaşdırılmasının mümkün olacağına ümid edir.
“Biz optimistik, bu ümumi optimizmdir, lakin təbii ki, risklər çox ciddidir, onların arasında risklər Milli Hərəkatın hansısa namizədi dəstəkləməkdə subyektiv marağının olmaması ilə bağlıdır. Bu gün Xalq Müdafiəçisinin Aparatında bütünlüklə Milli Hərəkat tərəfdarları fəaliyyət göstərir, ona görə də yeni ombudsman seçilməsə, onlar yenə də ofisə tam nəzarət edəcəklər. Müvafiq olaraq, bu, riskləri artırır, amma yenə də ümid edirik ki, namizədlə bağlı mövqelər uzlaşdırılacaq. Vaxt cümə axşamı başa çatacaq, namizədlərin adları açıqlanacaq, bundan sonra komitə dinləmələri keçiriləcək, təbii ki, bu prosedurdan sonra çoxluq adları çəkilən namizədlərin dəstəklənməsi ilə bağlı öz mövqeyini formalaşdıracaq”, - Kobaxidze bildirib.


