19 
Okt
2022
14:01
362

Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya prezidenti Vladimir Putin “milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması”nı müzakirə etmək üçün bu gün Təhlükəsizlik Şurasını

InterPress.ge xəbər verir ki, məlumatı Rusiyanın “TASS” dövlət agentliyi yayıb.

Mövcud məlumata görə, görüş virtual formatda keçiriləcək.

“Ölkənin sosial-iqtisadi inkişafı və ictimai-siyasi sabitliyi maraqlarına uyğun olaraq miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin neytrallaşdırılması və miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır”, - Kremldən bildiriblər. 

Mətbuatın yazdığına görə, miqrasiya sahəsində konkret nəyin nəzərdə tutulduğu məlum deyil, lakin çox güman ki, Putin Rusiya sərhədlərindəki məhdudiyyətlərdən danışacaq.

Rusiya Təhlükəsizlik Şurasının sonuncu genişləndirilmiş iclası may ayında keçirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər