20 
Okt
2022
12:39
927

Marneulidə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi - VİDEO

19 oktyabr tarixində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, 31 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.

Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi. Ötən il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Tədbir çərçivəsində İnteqrasiya Mərkəzində "Vətandaş hüquqları və etnik azlıqların ictimai fəallığı" mövzusunda məlumatlandırıcı görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Sabit Məmmədov, TİKA təşkilatının koordinator köməkçisi xanım Saliha Günər Bayrakdar və koordinator asistenti cənab Davit Kamaşidze, ziyalılar və gənclər iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın