XİN başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri zamanı nələrin müzakirə olunacağını açıqladı
"İşgüzar səfər çərçivəsində Gürcüstanın baş naziri və Azərbaycan prezidenti ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər".
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə deyib.
Onun sözlərinə görə, İlham Əliyevin səfəri zamanı iki dövlətin regionda sülh və sabitliyi necə təmin etmələri də müzakirə olunacaq.
“Bu gün biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Məlum olduğu kimi, Gürcüstanla Azərbaycan arasında sıx strateji tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri mövcuddur. İşgüzar səfər çərçivəsində Gürcüstanın Baş naziri və cənab Prezident, bizim ikitərəfli münasibətlərimizdə mövcud olan bütün vacib məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. Bizim ikitərəfli münasibətlərimizdə çox geniş məsələlər var və bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün fürsət olacaq. Həmçinin görüş zamanı müzakirə olunacaq ikinci mühüm mövzu, iki dövlətin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğu və regional çağırışlar fonunda mövcud olan bütün məsələlər haqqında olacaq”, - deyə İlya Darçiaşvili bildirib.


