Azərbaycan Prezidenti Gürcüstandadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq Gürcüstandadır.
InterPress.ge-nin məlumatına görə, ilham Əliyevin təyyarəsi bir neçə dəqiqə əvvəl rəsmi qarşılanma mərasiminin keçirildiyi Tbilisi Beynəlxalq Hava Limanına enib.
Azərbaycan Respublikasının Prezidentini hava limanında Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili , Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev qarşılayıblar.
İşgüzar səfər çərçivəsində İrakli Qaribaşvili ilə İlham Əliyev arasında təkbətək görüşü nəzərdə tutulub, bundan sonra Gürcüstanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.


