İlham Əliyev: "Bizim Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var"
Bizim Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, əgər Ermənistan hazırdırsa, biz bu gün bu formata başlamağa hazır olacağıq.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev baş nazirlə görüşdən sonra birgə bəyanatlarla çıxış edərkən bildirib.
“Qarabağ müharibəsindən sonra yeni vəziyyət formalaşıb. Mən Gürcüstanın baş nazirinə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları barədə məlumat verdim və hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını tələb edir. Biz Ermənistanla artıq beş əsas prinsipi bölüşmüşük və ümid edirik ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, sülh danışıqlarına başlayacaq və Azərbaycanla sülh sazişi imzalayacaq. Belə getsə, Cənubi Qafqazda sülh bərqərar olacaq və əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Bu gün bizim də Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, əgər Ermənistan hazır olsa, biz bu gün bu formata başlamağa hazır olacağıq", - deyə İlham Əliyev bildirib.


