25 
Okt
2022
12:04
270

ISW: Ukrayna silahlı qüvvələrinin ilin sonuna kimi Xerson vilayətinin yuxarı hissəsini ələ keçirəcəyi gözlənilir

"Ukrayna silahlı qüvvələrinin ilin sonuna kimi Xerson vilayətinin yuxarı hissəsini ələ keçirəcəyi gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat verib.

“Rusların Xerson vilayətinin yuxarı hissəsindəki mövqeyi qeyri-sabitdir və Ukrayna qüvvələrinin ilin sonuna kimi Xerson vilayətinin yuxarı hissəsini geri alacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Dünən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Bölməsinin rəhbəri Kirill Budanov bildirib ki, ruslar Xerson vilayətinə yeni hərbi birləşmələr yeridir və müdafiəyə hazırlaşır.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ukraynalı müdafiəçilər 12 mindən çox insanın yaşadığı Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini azad ediblər.

Bir neçə aydır ki, Ukraynanın cənubunda Ukrayna qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, oktyabrın 1-dən Ukrayna silahlı qüvvələri Xerson vilayətində 500 kvadrat kilometrdən çox ərazini azad edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər