Politoloq İlham Əliyevin Gürcüstana səfərini dəyərləndirdi
"Gürücüstan prezidentinə Əliyevin səfəri ilə bağlı məlumat verilməməsi ümumiyyətlə “Gürcü Arzusu”na xas olan uşaq davranışıdır".
InterPress.ge xəbər verir ki, bu sözləri “Palitranius”un “Newsroom”da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini dəyərləndirən politoloq Vaxtanq Dzabiradze deyib.
O bildirib ki, Salome Zurabişvilinin Əliyevin səfəri haqqında heç nə bilməməsi kimi bu səfər onun üçün də, tamamilə gözlənilməz olub.
“Protokolu bir kənara qoysaq, ümumilikdə götürsək, bu səfərin elə bir siması var idi ki, bəlkə də baş nazir son dəqiqələrdə Əliyevin Gürcüstana səfərini eşidib. Əliyev və Azərbaycan bizim üçün fərqli kateqoriyalı tərəfdaşlardır, münasibətlərimizdə çoxlu amillər var. Əliyevi hava limanında baş nazir deyil, xarici işlər nazirinin qarşılaması mənim üçün gözlənilməz oldu. Bu işdən prezidentin xəbərdar edilməməsi ümumiyyətlə “Gürcü Arzusu”na xas olan uşaq davranışıdır. Onlar prezidentlə maraqlanmırlar, ona məhəl qoymurlar. Bütün bunlar uşaq oyunlarına bənzəyir", - deyə o söyləyib.
Onun sözlərinə görə, 2017-ci ildə Əliyev sonuncu dəfə Gürcüstanda olarkən İrakli Ğaribaşvili baş nazir olub və “Əliyevlə Ğaribaşvili arasında çox yaxşı dostluq münasibətinin olmasına səbəb budur”.
“İkinci faktr odur ki, onlar Tbilisidən yan keçərək “Şato Muxran”-da görüş keçiriblər. Bununla da qeyri-rəsmi bir şey baş verdi. Üstəlik, mətbuat konfransına nəzər salsaq, nə biri, nə də qarşı tərəf yeni və gözlənilməz bir şey deməyib. Sual yaranır - Əliyevin nə üçün gəldi? Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Supsadan danışmağa gəlib? Biz artıq bilirik ki, o, işləyir və inkişaf etməlidir və burada mübahisəli heç nə yoxdur. Ola bilsin, söhbət Əliyevin Praqada elan etdiyi Gürcüstan, Azərbaycan və Ermənistanın iştirak edəcəyi üçtərəfli müzakirə formatından gedir”, - Vaxtanq Dzabiradze bildirib.


