Rusiya ABŞ-a planlaşdırılmış nüvə təlimləri keçirəcəyi barədə məlumat verib
Rusiya ABŞ-a onun nüvə qüvvələrinin hər il "Qrom" təlimləri keçirməyi planlaşdırdığı barədə məlumat verib.
InterPress.ge xəbər verir ki, bununla bağlı ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü, briqada generalı Patrik Rayder məlumat verib.
"ABŞ-a artıq xəbərdar edilib və qeyd etdiyimiz kimi, bu, Rusiyanın rutin təlimlərindən biridir", - deyə o bildirib.
ABŞ Rusiyanın strateji nüvə qüvvələrinin illik təlimləri zamanı raket sınağı keçirəcəyini gözləyir.
Amerika rəsmiləri izah ediblər ki, New START müqaviləsinə əsasən, Rusiya bu cür raketlərin buraxılması barədə əvvəlcədən məlumat verməyə borcludur.
Reuters yazıb ki, təlimlər ABŞ və onun müttəfiqləri üçün potensial problem yaradır, çünki Rusiya prezidenti Vladimir Putin Rusiyanı müdafiə etmək üçün lazım gələrsə, nüvə silahından istifadə edəcəyi ilə dünyanı açıq şəkildə hədələyib.


