Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rustavidə avtomobil partlayıb-Xəsarət alanlar var

440
Rustavidə avtomobil partlayıb-Xəsarət alanlar var
Dinləmək üçün basın

Rustavinin Todria küçəsində avtomobil partlayıb.

Rustavinin Todria küçəsində avtomobil partlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə "İnfo Rustavi" məlumat yayıb.

Hadisə şahidlərindən birinin verdiyi məlumata görə, partlayış baş vermə səbəbi sürücünün maşına minərək siqaret yandırması olub. Onun sözlərinə görə, avtomobildə quraşdırılmış qaz balonundan qaz sızıb.

Qəza zamanı iki nəfər xəsarət alıb. Onlardan biri üz nahiyəsindən yanıq xəsarətləri alan avtomobilin sürücüsü, digəri isə yoldan keçən qadındır.

Təcili yardım briqadası qadını “Rustavi” klinikasına aparıb. Qurumdan verilən məlumata görə, xəsarət alan şəxsin ciddi xəsarəti yoxdur və o, müayinə olunur.

Hadisə yerinə yanğınsöndürmə, patrul və kriminal polis qrupları səfərbər edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →