28 
Okt
2022
21:00
3168

Marneulidə naməlum şəxs 10 yaşlı qız uşağını qaçırmağa cəhd etdi

Marneulidə 3 gün öncə  bir nəfər 10 yaşlı məktəb şagirdini  oğurlamağa cəhd edib.

InterPress.ge xəbər verir ki, hadisə Cereteli kəndində məktəbə yaxın ərazidə baş verib.

Şagirdin ailəsi hadisənin araşdırılmasını və uşağı oğurlamaq istəyənin məsuliyyətə cəlb olunmasını tələb edir.

"Ford markalı avtomobildə olan bir nəfər uşağımız yeyəcək almaq üçün mağazaya tərəf gedərkən yaxınlaşıb və al bu kanfetləri anan atan göndərib. Bu zaman uşaq yaxınlaşmaqda olan şəxsdən qaçır. Şəxs isə gürcü dilində səslənərək gəl götür tələsirəm hara qaçırsan deyib. Müəllimlər deyirlər ki, bənzər hadisə 3 dəfə yaşanıb. Tələbimiz polis tərəfindən hadisənin ətraflı  araşdırılması və həmin şəxsi məsuliyyətə cəlb olunmasıdır",- uşağın dayısı Həmzə Rüstəmov qeyd edir.

Əldə etdiyimiz məlumata görə, buna oxşar hadisə Tbilisi yaxınlığında yerləşən Çerovani kəndindədə baş verib.

Bizimlə əlaqə saxlayın