Aİ Rusiyanın təxminən 17 milyard avro dəyərində aktivlərini dondurub
Moskvanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiyanın təxminən 17 milyard avro dəyərində aktivlərini dondurub.
InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Komissarı Didier Reynders bildirib.
“İndiyədək 90 nəfərin aktivləri- yeddi üzv ölkədə 17 milyard avrodan çox, o cümlədən Almaniyada 2,2 milyard avro dondurulub”, - Didier Reinders bildirib.
Qeyd edək ki, Ukrayna hökumətinin nümayəndələri ələ keçirilən aktivlərin müharibədən sonra ölkənin yenidən qurulması üçün istifadə olunmasını tələb edirlər.
“Əgər bu, Avropa İttifaqı tərəfindən ələ keçirilən cinayət pullarıdırsa, o, Ukraynanın təzminat fonduna köçürülə bilər”, - Reynders deyib.
O, əlavə edib ki, bu məbləğ yenidənqurma işlərinin maliyyələşdirilməsi üçün kifayət deyil.
Qərbin sanksiyalarının Rusiya Mərkəzi Bankının dünya üzrə 300 milyard avroluq xarici ehtiyatlarını dondurması ilə də nəticələndiyini qeyd edən Reinders, bunun zəmanət olaraq istifadə edilə biləcəyini əlavə edib.
“Mənim fikrimcə, Rusiya Ukraynanın yenidən qurulmasında könüllü iştirak etməyənə qədər bu 300 milyard avronu təminat kimi saxlamaq mümkündür”, - deyə Avropa İttifaqının ədliyyə komissarı bildirib.


