02 
Nybr
2022
17:00
332

Qoridə ana və qızı avtomobil vurub

Qoridə “Mşvidoba" prospekti ilə hərəkət edən avtomobil piyada ana və uşağını vurub.

InterPress.ge xəbər verir ki, hadisə Kombinati qəsəbəsi ərazisində baş verib.

Gənc qadın və 7 yaşlı uşaq təcili tibbi yardım briqadası tərəfindən Qori hərbi hospitalına çatdırılıb.

Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin müdirinin sözlərinə görə, ana və uşaq travmatik xəsarətlər alıb. Hər iki pasiyentə bütün lazımi araşdırmalar və müvafiq tibbi yardım göstərilir. Məlumata görə, xəsarət alan yeniyetmənin Tbilisidəki ixtisaslaşmış uşaq klinikasına köçürülməsi planlaşdırılır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi nəzdində araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın