Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat mərkəzi məlumat yayıb.
Həmkarlar Gürcüstan-Ermənistan əməkdaşlığının gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Ermənistanın baş naziri gürcüstanlı həmkarına oktyabrın 31-də Soçidə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin qatıldığı üçtərəfli görüşün nəticələri barədə məlumat verib.
İrakli Ğaribaşvili və Nikol Paşinyan regionda sıx əməkdaşlıq və cari məsələlər barədə də fikir mübadiləsi aparıblar.
