Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan Parlamentinin sabiq deputatı Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik etdi

516
Gürcüstan Parlamentinin sabiq deputatı Azərbaycan Prezidentini və Azərbaycan xalqını təbrik etdi
Dinləmək üçün basın

Gürcüstan Parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Gürcüstan Parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim
Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

InterPress.ge xəbər verir ki, Azər Süleymanov bu barədə Facebook sosial şəbəkəsində qeyd edib.

"ZƏFƏR TƏBRİKİ

Möhtərəm, cənab Prezident! Əziz və dəyərli Xalqım! 
Qarabağ savaşının və Şuşanın erməni işğalından azad olunmasının ikinci ildönümü yaxınlaşır. Son 30 ildə Ermənistanın və erməni terrorçu silahlı birləşmələrinin işğalçı hücumlarına nəhayət ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti sayəsində son qoyulmuşdur. Azərbaycanın 20 faiz itirilmiş ərazisinin  təəssüf ki, beynəlxalq qanunların, qəbul olunmuş qətnamələrin sayəsində atəşkəs şəraitində deyil, minlərlə Qazi və Şəhidimizin canı və qanı bahasına geri qaytarılmışdır. 
Bu Zəfər artıq Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinin təməlində Azərbaycan ordusunun dayandığını birmənalı olaraq ifadə etmişdir. Müzəffər ordumuz qədim Qafqazda sülhün qarantı rolunu layiqincə bundan belə davam etdirəcəyində məndə böyük əminlik hissi yaradıb. Artıq inanırıq ki, Ali Sərkərdənin yürütdüyü xarici siyasəti və beynəlxalq aləmdə Ermənistan-Rusiya-İran birliyinə qarşı ədalətli mübarizəsi mənfur niyyətli rus ordusunun “sülhməramlı” statusunu da tezliklə sona ərdirəcək. Həmçinin qonşu İranın son aylarda Azərbaycana qarşı apardığı hədələyici xarici siyasəti, hərbi hədə-qorxu yaratmaq niyyətli uydurma istəkləri də gorbagor olacaqdır. Əgər yaxın qonşular 30 ildə Azərbaycan xalqının haqq səsini eşitməyibsə, deməli torpaqların da hərbi yolla azad olunması qaçılmaz idi. Bütün bunlara baxmayaraq, doğma vətənimiz Gürcüstan qanşu olmaqla yanaşı, dost-qardaş bir dövlət olduğunu dünyanın gözü qarşısında mərdcəsinə sərgiləyib, təcavüzkara öz ərazisindən hərbi dəstəyi qadağan etdi. Biz Gürcüstanımızın bu addımından  fəxr və qürur hissiylə hər yerdə həmişə danışacağıq. Buradakı Soydaşlarımız azərbaycanlı olaraq işğal olunmuş Abxaziyamızın, Osetiyamızın - öz ərazilərimizin də tezliklə beləcə rus işğalından azad olunacağına  böyük ümidlər bəsləyirlər. İşğal olunmuş Vətən nə deməkdir? - onu Biz Borçalılar da dərindən hiss edib yaşayırıq. 
Amma gec-tez haqq-ədalət öz yerini tutur. Azərbaycan Ordusunun 44 gün ərzində Şuşanın azad olmasıyla bitən qələbəsi, həm də onu göstərdi ki, əzm və böyük iradə sahibi olan xalqlar heç vaxt torpaqlarının işğalıyla barışmayıb. Gün gələcək Azərbaycan-Gürcü xalqları bu böyük qardaşlığı, dostluğu, səmimi qonşuluq münasibətlərini ortaq böyük hərbi ittifaqda yekunlaşdıracaq və Gürcüstanın da ərazi bütövlüyü uğrunda eyni rəşadəti göstərəcəkdir. 
Əziz Azərbaycan Xalqı! Mən də Sizlərdən biri kimi hamımızı,başda Ali Baş Komandan cənab İlham Əliyevi Böyük Zəfər münasibətilə təbrik edir, Qazilərimizə can saglamlığı, şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 
Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eyləsin! Uca Tanrı Şuşaya sancılan şanlı bayrağı tezliklə Xocalıya, Xankəndinə də sancmaqda yoluna-qoluna güc-qüvvət versin. Amin! Zəfərin Mübarək Azərbaycan!"- Gürcüstan Parlamentinin sabiq deputatı Azər Süleymanov.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →