Marneulidə həyata keçirilən xüsusi əməliyyatla bağlı əlavə təfərrüatlar məlum olub.
InterPress.ge-nin məlumatına görə, 3 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin "oğru dünyası" ilə əlaqəsi olduğu ehtimal edilir.
Saxlanılanların narkotik cinayətində iştirak edib-etmədiyi hələlik bilinmir.
InterPress.ge əlavə məlumat üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayır.
