10 
Nybr
2022
14:38
165

Kaladze Avropa Parlamentinin qətnaməsi ilə bağlı: "Bu qətnamənin heç bir dəyəri yoxdur"

"Bu qətnamənin heç bir dəyəri yoxdur".

InterPress.ge xəbər verir ki, paytaxt meri Kaxa Kaladze jurnalistlərlə söhbəti zamanı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı qəbul edilmiş hesabata münasibət bildirərkən deyib.

Mədəniyyət və İdman naziri Tea Tsulukianinin Avropa Parlamentinin deputatlarının ölkənin “Gürcü Arzusu” hakimiyyəti altında namizəd statusu almamasını istəməsi ilə bağlı mövqeyi ilə razılaşıb-razılaşmaması sualına Kaladze cavab verib ki, ölkəsinin vətənpərvərliyi ilə seçilən, ölkənin inkişafının qayğısına qalan hakimiyyəti müəyyən qruplar istəmir. 

“Bu qətnamənin heç bir qiyməti yoxdur. Açığı, özünü ölkəmizə dost kimi qələmə verən bir qrup şəxs əslində konkret siyasi partiyanın dostudur. Onlar öz ölkəsinin vətənpərvər olan, vətəndaşların, ölkənin inkişafının və sülhün qorunmasının qayğısına qalan hakimiyyət istəmirlər”, - Kaladze deyib.
 

Bizimlə əlaqə saxlayın