10 
Nybr
2022
17:59
261

Mixeil Saakaşvili: "Xersonun süqutu Rusiya üçün Əfqanıstandakı məğlubiyyətdən sonra ən böyük hərbi məğlubiyyətdir"

Xersonun süqutu Rusiya üçün Əfqanıstandakı məğlubiyyətdən sonra ən böyük hərbi məğlubiyyət, Ukrayna və azad dünya üçün isə ən böyük qələbədir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə bildirib.

Onun qeyd etdiyinə görə, bu, Putin üçün böyük fəlakətdir.

"Xersonun süqutu Rusiya üçün Əfqanıstandakı məğlubiyyətdən sonra ən böyük hərbi məğlubiyyət, Ukrayna və azad dünya üçün isə ən böyük qələbədir. Təbii ki, ən qiymətli qiymət bu qələbədə ödənildi - yüzlərlə şəhid döyüşçümüz, o cümlədən gürcülər. Rusiyanın bütün təbliğatçıları havaya uçacaq. Bu, həm də Putin üçün böyük fəlakətdir.

Mən bununla fəxr edirəm!”, - Saakaşvili bildirib.

Məlumat üçün bildirək ki, Rusiya silahlı qüvvələri Dnepr çayının sağ sahilini və Xerson şəhərini tərk edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların çıxarılması barədə göstəriş verib.

Bizimlə əlaqə saxlayın